...

Azərbaycanın vətəndaş cəmiyyətinin NATO təşəbbüslərinə cəlb edilməsi bu il prioritet olacaq - Rumıniya səfiri

Siyasət Materials 1 Aprel 2010 13:03 (UTC +04:00)
Bu il NATO-nu Azərbaycanda təmsil edən Rumıniya səfirliyinin prioriteti vətəndaş cəmiyyətini alyansın ölkədə həyata keçirdiyi təşəbbüslərə cəlb etmək olacaq. Bunu cümə axşamı Rumıniya səfiri Nikolae Ureke deyib.
Azərbaycanın vətəndaş cəmiyyətinin NATO təşəbbüslərinə cəlb edilməsi bu il prioritet olacaq - Rumıniya səfiri

Azərbaycan, Bakı, 1 aprel / Trend, müxbir Y.Ostapenko/

Bu il NATO-nu Azərbaycanda təmsil edən Rumıniya səfirliyinin prioriteti vətəndaş cəmiyyətini alyansın ölkədə həyata keçirdiyi təşəbbüslərə cəlb etmək olacaq. Bunu cümə axşamı Rumıniya səfiri Nikolae Ureke deyib.

"Ötən il yaxşı nəticələr nümayiş etdirilib: Bakıda 27-yə yaxın tədbir keçirilib". - Ureke NATO konfransını açarkən deyib. - "Bu il bu müsbət tendensiyanın davam edəcəyinə ümid bəsləyirik".

Cümə axşamı Bakıda "Şimali Atlantika Alyansı 61-ci ildönümünün astanasında: təşkilatın bugünü və gələcəyi" mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda politoloqlar Vəfa Quluzadə və Hikmət Hacızadə də iştirak ediblər. Azərbaycanın NATO ilə əməkdaşlıq institutunun rəhbəri Fərrux Məmmədov təbrik nitqi ilə çıxış edib.

Urekenin sözlərinə görə, bugünkü görüş alyansın gördüyü işin nümayiş olunmasına, blokun köhnə üzvlərinin təşkilatın gələcəyini necə görməsinə yönəlib.

"NATO güclü təşkilatdır, çünki o, demokratiya prinsiplərinə əsaslanıb, həm də müasir dünyanın problemlərinə cavab vermək üçün onun yaxşı imkanları var", - səfir deyib.

Rumıniya səfirliyi NATO və Azərbaycan arasında dialoqun canlandırılması üçün mümkün olan hər şeyi edir və ictimaiyyətin blokun prinsip və məqsədləri barədə məlumatını genişləndirməyə çalışır.

NATO-nun Cənubi Qafqaz dövlətləri - Azərbaycan, Gürcüstan və Ermənistan ilə əməkdaşlığı, əsasən, "Sülh naminə tərəfdaşlıq", "Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı", həmçinin "Planlaşdırma prosesi və analiz" proqramları əsasında həyata keçirilir. Həmin sənədlərdə tərəfdaş ölkələrin Şimali Atlantika Alyansı ilə müdafiə, təhlükəsizlik və hərbi siyasət sahələrində islahatlara dair məsləhətlərin aparılması üzrə məqsəd və niyyətləri müəyyən olunub.

İslahatların aparılmasına yardım göstərilməsi ilə yanaşı, NATO ilə Azərbaycan arasında əməkdaşlığın mühüm məqsədlərindən biri sülhməramlı əməliyyatların və böhrana çevik reaksiya əməliyyatlarının aparılması zamanı ölkənin silahlı qüvvələrinin qabiliyyətini NATO ölkələri qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsində inkişaf etdirməkdir. 1999-cu ildən Azərbaycanın hərbi kontingenti NATO-nun Kosovoda, 2002-ci ildən isə Əfqanıstanda sülhməramlı əməliyyatlarının aparılmasına dəstək göstərib.

Xəbər lenti

Xəbər lenti