...

Bu gün Kanadada Gürcüstan səfirliyinin açılışı olacaq

Siyasət Materials 19 Noyabr 2010 11:02 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Cümə günü Ottavada Gürcüstanın Kanadadakı səfirliyinin açılışı olacaq. Bu barədə xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib.

Onun sözlərinə görə, bu vaxtadək Gürcüstanın Kanadada diplomatik nümayəndəliyi olmayıb.

Kalandadze bildirib ki, səfirliyin açılış mərasimində iştirak etmək üçün Gürcüstan XİN nümayəndə heyəti Kanadaya səfər edəcək.

Həmçinin, Gürcüstan tərəfinin Ticarət departamentinin nüamyəndələri ilə görüşəcəyi və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəyi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti