...

AŞPA komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunub

Siyasət Materials 12 Dekabr 2017 23:42 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası Bürosunun hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında Azərbaycanlı deputat Vüsal Hüseynovun “İşgəncə və ölüm cəzası üçün istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” mövzusunda məruzəsi qəbul edilib
AŞPA komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunub

Bakı. Nigar Quliyeva - Trend:

Avropa Şurası Parlament Assambleyasının hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında Azərbaycanlı deputat Vüsal Hüseynovun "İşgəncə və ölüm cəzası üçün istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi" mövzusunda məruzəsi qəbul edilib.

Bu barədə Trend Assambleyanın saytına istinadən məlumat verir.

Vüsal Hüseynov məruzəni komitənin bugünkü iclasında təqdim edib.

Məruzə AŞPA-nın qış sesiyasında müzakirə olunacaq.

İşgəncə üçün istifadə olunan alətlərin qorxunc bir arsenalı Avropa Şurasının bir sıra üzv ölkələrində hələ də istehsal olunur və satılır, deyə Hüseynov hesabatını 12 dekabrda Parisdə təqdim edərkən bildirib.

"Parlament Assambleyası, Avropa Şurasının üzvü olan ölkələrdəki şirkətlərin və ya digər şəxslərin və təşkilatların ölüm cəzası, işgəncə, habelə qeyri-insani və ləyaqəti alçaldan rəftar və ya cəza üçün istifadə edilən malların ticarətində iştirak etməsini qəbul edə bilməz" deyə deputat vurğulayıb.

"Hesab edirəm ki, ölüm cəzasının ləğv edilməsində və işgəncələrin istifadəsinə qadağa qoyulmasında dünyada ilk olan Avropa Şurası bu sahədə həm siyasi, həm də texniki cəhətdən aparıcı rol oynamalıdır. Buna İşgəncəsiz Ticarət Uğrunda Alyansın dəstəklənməsi, Avropa Şurası üzv ölkələrində bunu tədbiq etmək üçün Avropa Birliyi ilə əməkdaşlıq və bunun üçün istəkli olan üzv dövlətlərə texniki yardım göstərilməsi vasitəsi ilə nail oluna bilər", Vüsal Hüseynov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti