...

Angela Merkel: Almaniya Azərbaycanın istədiyi bütün sahələrdə iştirak edə bilər

Siyasət Materials 26 Avqust 2018 03:51 (UTC +04:00)
Almaniya Azərbaycanın istədiyi bütün sahələrdə iştirak edə bilər
Angela Merkel: Almaniya Azərbaycanın istədiyi bütün sahələrdə iştirak edə bilər

Bakı. Trend:

Almaniya Azərbaycanın istədiyi bütün sahələrdə iştirak edə bilər.

Bunu Bakıda Almaniya Kansleri xanım Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı Trend-in sualını cavablandırarkən deyib.

A.Merkel bildirib: "Mən buraya işgüzar nümayəndə heyəti ilə birgə gəlmişəm. Şirkətlər tərəfindən müxtəlif təkliflər var. Qeyd edə bilərəm ki, tikinti və infrastruktur sahələrində, eləcə də tikinti materialları sahəsində layihələr var. Biz aqrar sahədə, kənd təsərrüfatı maşınlarının texnologiyası, eləcə də rəqəmsallaşdırma, təhsil sahələrində fəaliyyət göstərə bilərik. Bundan başqa, təhlükəsizliklə bağlı sənədlərin - pasportların, şəxsiyyət vəsiqələrinin və banknotların hazırlanması sahəsində də alman şirkəti iştirak edir. Burada çox böyük, geniş seçim var. Biz Azərbaycanın istədiyi bütün sahələrdə iştirak edə bilərik. Qeyd etdiyim kimi, Azərbaycanda artıq 150 müəssisəmiz fəaliyyət göstərir. Biz digər alman şirkətlərini dəvət edirik ki, onlar da burada iştirak etsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti