...

Avropa qonşuluq siyasətinin Fəaliyyət planı üzrə Aİ və Azərbaycan arasında aparılan danışıqlar həlledici mərhələdədir

Siyasət Materials 27 İyul 2006 16:55 (UTC +04:00)
Avropa qonşuluq siyasətinin Fəaliyyət planı üzrə Aİ və Azərbaycan arasında aparılan danışıqlar həlledici mərhələdədir

Cənubi Qafqaz ölkələrinin Avropa qonşuluq siyasətinin Fəaliyyət planının həyata keçirilməsinə nə qədər hazır olduqlarına özləri qərar verməlidir. Bu barədə Trend ə eksklüziv olaraq Avropa İttifaqının Cənubi Qafqazdakı nümayəndəsi Piter Semnebi bildirib.

"Biz indiyədək iki tərəf üçün də maraqlı olan məsələlərin müzakirəsi ilə məşğul olurduq. İndi ölkələr Fəaliyyət Planının həyata keçirilməsinə nə dərəcədə can atdıqlarını özləri müəyyən etməlidirlər. Cənubi Qafqaz ölkələri Aİ ilə əməkdaşlığı istəyib-istəməmələrinə və gələcəkdə Aİ ilə hansı münasibətləri quracaqlarına qərar verməlidirlər", - deyə diplomat qeyd edib.

P.Semnebi bəyan edib ki, payızın əvvəlində, fəaliyyət planının imzalanmasından əvvəl və ya sonra bölgəyə səfər edəcək. Lakin diplomatın səfəri zamanı fəaliyyət planı diqqət mərkəzində olacaq.

Xəbər lenti

Xəbər lenti