...

Prezident aparatının xarici əlaqələr şöbəsinin müdiri: Dondurulmuş münaqişələrin müzakirəsinin keçirilməsi ilə bağlı narahatlığa əsas yoxdur

Siyasət Materials 7 Dekabr 2006 20:40 (UTC +04:00)

Dondurulmuş münaqişələrlə bağlı məsələnin BMT-nin gündəliyində saxlanması hər şeydən əvvəl GUAM ölkələrinin öz marağındadır. "Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının indiki səviyyəsində erməni tərəfi konsruktiv mövqedən qaçmaq üçün hər hansı səbəb axtarır. Bunun üçün 6 dekabrda keçiriləcək müzakirələrin təxirə salınması ilə bağlı narahatçılığa əsas yoxdur"- bu barədə Prezidentin icra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu gün jurnalistlərə söyləyib. Bu barədə Trend xəbər verir.

Onun sözlərinə görə, məsələ açıq qalıb və məsələnin yenidən gündəliyə çıxarılmasına yaxşı hazırlaşmağa imkan yaradacaq. "GUAM ölkələrinin bunu 2007-ci ilin sentyabradək etmək imkanı var".

Xəbər lenti

Xəbər lenti