...

Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə layihələr imzalanıb

Siyasət Materials 17 Yanvar 2007 13:08 (UTC +04:00)
Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə layihələr imzalanıb

Çərşənbə günü Bakıda bərpa olunan enerji mənbələri üzrə iki layihə imzalanıb. Trend xəbər verir ki, sənədləri Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və BMT-nin UNDP inkişaf proqramının rezident-koordinatoru Marko Borsotti imzalayıb.

"Hazırda ölkədə enerjinin su mənbələrindən istifadənin səviyyəsi çox aşağıdır. Enerji mənbəyinin bu növünün hesabına onun istehsalat imkanı ildə 4-5 mlrd. kVt/saatdır", - deyə nazir bildirib.

"Azərbaycanda kiçik su enerji sistemlərinin inkişafı üçün texniki yardım" layihəsinə Norveç höküməti 1,5 mln. ABŞ dolları maliyyə yardımı ayırıb. Layihə su energetikasında sağlam investisiya iqliminə səbəb olacaq. Bu məqsədlərə nail olmaq üçün hüquq sisteminin təkmilləşdirilməsi, sərmayələrin cəlb olunması və bir və ya bir neçə pilot layihənin reallaşdırılması nəzərdə tutulur.

"Azərbaycanda uzunmüddətli və kommersiya külək enerjisinin inkişafı üzrə əngəllərin aradan qaldırılması üçün texniki yardım" layihəsinə Qlobal ekoloji fond və UNDP 45 min ABŞ dolları həcmində maliyyə yardımı göstərib. Həmçinin bu istiqamətdə hüquqi və institusional problemlərin aradan qaldırılması üzrə tədbirlərin reallaşdırılması üçün 1 mln. ABŞ dolları məbləğində planın hazırlanması nəzərdə tutulub.

Hər iki layihə Azərbaycanın enerjinin alternativ və bərpa olunan mənbələrindən istifadə üzrə dövlət proqramına uyğunlaşdırılacaq. Onlar qeyri-neft sektorunun, ekoloji cəhətdən təmiz istehsalın inkişafına, enerji resurslarının müxtəlifləşdirilməsinə səbəb olacaq.

Layihələrin reallaşdırılması ilə Azərbaycan Sənaye və Energetika Nazirliyi, UNDP, Norveç höküməti, İqtisadi İnkişaf Nazirliyi, Milli elmlər akademiyası və "Azərenerji" SC məşğul olacaq.

Xəbər lenti

Xəbər lenti