...

Azərbaycanın paytaxtında normadan aşağı şaxta qeydə alınacaq

Cəmiyyət Materials 12 Fevral 2008 12:15 (UTC +04:00)
Azərbaycanın paytaxtında normadan aşağı şaxta qeydə alınacaq

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın paytaxtında fevralın 12-si gecə saatlarında normadan aşağı şaxta olacaq. Bu barədə çərşənbə axşamı Trend ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib.

Fevralın 11-dən 12-nə keçən gecə Azərbaycan ərazisinə növbəti soyuq hava kütləsi daxil olub. Temperatur 6-7 dərəcə düşüb. Hidrometeoroqlar qeyri-sabit hava şəraiti ilə bağlı fevralın 11-də dövlət qurumlarına xəbərdarlıq ediblər.

Tağıyeva deyib ki, bu gün gecə paytaxt Bakıda və Abşeron yarımadasında mənfi 3 dərəcə şaxtanın olacağı proqnozlaşdırılıb, gündüz saatlarında isə 0 dərəcə qeydə alınacaq. Yollar buz bağlayacaq və güclü şimal küləyi əsəcək. Onun sözlərinə görə, fevralın 12-si və 13-ü günorta saatlarına qədər yağıntılar davam edəcək. İntensiv yağıntılar Azərbaycanın əsasən şimal-şərq və cənub-şərq rayonlarında olacaq. Fevralın 13-də günorta saatlarından sonra külək kəsəcək. Fevralın 14-16-da isə havanın nisbətən mülayim və yağmursuz olacağı proqnozlaşdırılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti