...

Azərbaycanda son bir ayda 17 dini icma qeydiyyata alınıb

Cəmiyyət Materials 20 Fevral 2008 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanvar ayında 17 dini icmanı qeydiyyata alıb. Bu barədə çərşənbə günü Trend ə Komitənin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva məlumat verib.

2007-ci il dekabrın sonlarına qədər Azərbaycanda 426 dini icma qeydiyyatda idi. Bunlardan 31-i qeyri-islam dini icmalarıdır. Dini icmaların fəaliyyəti "Dini etiqad azadlığı haqqında" qanunla tənzimlənir. Onların qeydiyyatı isə "Hüququ şəxslərin dövlət reystri haqqında" qanuna əsasən həyata keçirilir.

DQIDK-nin iddiası əsasında məhkəmə 2002-ci ildə cəmi bir dini icmanın "Məhəbbət məbədi" icmasının fəaliyyətinə xitam verib.

Əliyeva deyib ki, bu il qeydə alınanların hamısı müsəlman dini icmalarıdır.

Xəbər lenti

Xəbər lenti