...

Beynəlxalq hüququn norma və prinsiplərinin işlənməsi ilə bağlı böyük problemlər var - Azərbaycanın birinci vitse-spikeri

Cəmiyyət Materials 29 Aprel 2010 12:36 (UTC +04:00)
Azərbaycan Parlamentinin birinci vitse-spikeri hesab edir ki, bu gün beynəlxalq hüququn norma və prinsiplərinin işlənməsi ilə bağlı böyük problemlər var.
Beynəlxalq hüququn norma və prinsiplərinin işlənməsi ilə bağlı böyük problemlər var - Azərbaycanın birinci vitse-spikeri

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Parlamentinin birinci vitse-spikeri hesab edir ki, bu gün beynəlxalq hüququn norma və prinsiplərinin işlənməsi ilə bağlı böyük problemlər var.

"Bu gün beynəlxal hüququn norma və prinsiplərinin işlənməsi ilə bağlı böyük problemlər var. Beynəlxalq hüquq normalarının daha effektli olması yollarını tapmaq lazımdır. Bəzən siyasi məsələlər hüququ üstələyir və beynəlxalq münasibətlərin tənzimlənməsində hüquq aciz qalır", - Trend-in məlumatına görə, bunu cümə axşamı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunan "Hüquq elminin aktual problemləri" mövzusunda keçirilən ikinci beynəlxalq elmi konfransda birinci vitse-spiker Ziyafət Əsgərov deyib.

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunan "Hüquq elminin aktual problemləri" mövzusunda ikinci beynəlxalq elmi konfrans keçirilir. Bakı Dövlət Universiteti ilə Qafqaz Universitetinin birgə təşkil etdiyi konfransda 10-a yaxın ölkədən 200-dən çox alim, elm, təhsil sahəsinin işçiləri iştirak edir.

Əsgərov bildirib ki, dünyada qloballaşma meydana gələndən sonra, hüquq elmi qarşısında müəyyən problemlər yaranıb.

"Elə ictimai münasibətlər formalaşıb ki, onu sivil qaydada həll etmək mümkün deyil", - birinci vitse-spiker əlavə edib.

Tükiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç isə çıxışı zamanı deyib ki, Azərbaycan qısa bir zamanda çox sürətlə Avropa hüquq sisteminə inteqrasiya edib.

"Türkiyə və Azərbaycanda hüquq fakültəsinin məzunlarının diplomlarının tanınması vacibdir, bu sahədə müəyyən problemlər var. Ümid edirəm, bu konfransda həmin problemlərin həll yolu tapilacaq", - səfir deyib.

Xəbər lenti

Xəbər lenti