...

Azərbaycanın əksər ərazilərində hava yağıntılı keçəcək

Cəmiyyət Materials 2 Mart 2011 11:34 (UTC +04:00)
Azərbaycanın əksər ərazilərində hava yağıntılı keçəcək.
Azərbaycanın əksər ərazilərində hava yağıntılı keçəcək

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın əksər ərazilərində hava yağıntılı keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında martın 3-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində yağıntı olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 4-7 dərəcə isti təşkil edəcək.

Martın 3-də Azərbaycanın şimal və şərq rayonlarında hava şəraitinin əsasən arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti