...

Azərbaycanda sabah mülayim hava şəraiti hökm sürəcək

Cəmiyyət Materials 16 Mart 2011 11:38 (UTC +04:00)
Azərbaycanda sabah mülayim hava şəraiti hökm sürəcək. Bu barədə çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Azərbaycanda sabah mülayim hava şəraiti hökm sürəcək

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda sabah mülayim hava şəraiti hökm sürəcək. Bu barədə çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Martın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 10-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti