...

Umayra Tağıyeva: Günorta Bakıda küləyin sürəti daha da artacaq

Cəmiyyət Materials 5 Oktyabr 2018 11:54 (UTC +04:00)
“Artıq Bakıda şimal-qərb küləyi güclənməyə başlayıb. Günorta saatlarında küləyin sürəti daha da artacaq”
Umayra Tağıyeva: Günorta Bakıda küləyin sürəti daha da artacaq

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

“Artıq Bakıda şimal-qərb küləyi güclənməyə başlayıb. Günorta saatlarında küləyin sürəti daha da artacaq”.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, hazırda Abşeron yarımadasında küləyin sürəti saniyədə 22 metrə çatır: “Günorta saatlarında küləyin sürəti daha da artacaq. Bu gün səhər Bərdə və Tərtərdə küləyin saniyədə 25 metrə çatıb ki, bu da kifayət qədər güclü küləkdir”.

U.Tağıyeva bildirib ki, bu gün Bakıda günorta ilə səhərin temperaturu arasında anomal gediş müşahidə ediləcək:

“Adətən, ən yüksək temperatur günorta müşahidə edilir. Bu gün isə əksinə olacaq. Günorta ilə səhərin temperaturu arasında anomal gediş müşahidə ediləcək. Soyuq hava kütləsinin daxil olması səhər saatlarında başlayıb, günorta saatlarında da davam etdiyinə görə gündüz havanın temperaturu səhər ilə müqayisədə aşağı olacaq. Axşama doğru temperatur daha da aşağı olacaq”.

U.Tağıyeva qeyd edib ki, bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 18-20, gündüz 16-18, axşam 14 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti