...

Bu il 18 məktəb direktoru işdən çıxarılıb

Cəmiyyət Materials 16 İyun 2023 12:40 (UTC +04:00)
Bu il 18 məktəb direktoru işdən çıxarılıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2022-2023-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə 41 nəfər direktor vəzifəsinə təyin olunub, 24 direktorun iş yeri dəyişdirilib.

"149 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.Çalışmanın yaş həddinə çatmış 33 direktorla müddətli əmək müqaviləsi bağlanıb.Müxtəlif əsaslarla 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti