...

2026-cı ilədək Kəlbəcərdə 15 yaşayış məntəqəsi bərpa olunacaq - Namiq Hümmətov

Cəmiyyət Materials 7 Sentyabr 2023 11:39 (UTC +04:00)
2026-cı ilədək Kəlbəcərdə 15 yaşayış məntəqəsi bərpa olunacaq - Namiq Hümmətov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Kəlbəcərdə bərpə müddəti 2022-2026-cı illəri əhatə edən yaşayış məntəqələrindən birinci mərhələ üzrə Zar, Zallar və Yanşaq kəndlərinin şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi istiqamətində müvafiq işlər aparılmaqdadır. Həmin kəndlərin sifarişçisi qismində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən tikinti layihələri sürətlə işlənilməkdədir.

Trend xəbər verir ki, bunu Şəhərsalma məsələləri üzrə işçi qrupunun Kəlbəcərdə keçirilən iclasında çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.

O bildirib ki, 2023-cü ildə Kəlbəcər rayonunda daha 7 yaşayış məntəqəsinin (İstisu qəsəbəsi, Qamışlı, Çaykənd, Nadirxanlı, Qılınclı, Otaqlı və Çıraq kəndləri), 2024-cü ildə isə 4 kəndin (Çəpli, Keşdək, Dalqılınclı və İmanbinəsi kəndləri) layihələndirilməsi işlərinin aparılması planlaşdırılır:

"Ümumilikdə 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla, 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək".

Qeyd edək ki, Əlaqələndirmə Qərargahının rəhbərinin müvafiq tapşırığına əsasən, Şəhərsalma məsələləri üzrə işçi qrupunun növbəti iclası Kəlbəcər şəhərində keçirilir. Bu iclas Şərqi Zəngəzur iqtisadi rayonunda Şəhərsalma məsələləri üzrə işçi qrupunun ilk iclası olmaqla yanaşı, Kəlbəcər şəhərində baş tutan birinci iclasdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti