...

Paytaxtın bu ərazilərində sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Cəmiyyət Materials 15 Yanvar 2024 12:00 (UTC +04:00)
Paytaxtın bu ərazilərində sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Küləkli və qarlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolu və Heydər Əliyev prospektində bəzi zolaqlar üzrə 20 və 40 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, yanvarın 13-də küləkli və qarlı hava şəraiti ilə əlaqədar bu yollarda sürət həddi 40 km/saata endirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti