...

Elm və Təhsil Nazirliyi ilə ÜST arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub

Cəmiyyət Materials 29 Noyabr 2024 01:07 (UTC +04:00)
Elm və Təhsil Nazirliyi ilə ÜST arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub

Bakı. Trend:

Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.

“Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı ilə görüşdük. Görüşdə qonağın təmsil etdiyi qurumla ikitərəfli əməkdaşlıq və gələcək perspektivlər müzakirə edildi”, - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti