...

Azərbaycan, Serbiya və Türkiyə arasında audiovizual media sahəsində mübadilə proqramı həyata keçirilib

Cəmiyyət Materials 28 İyun 2025 16:41 (UTC +04:00)
Azərbaycan, Serbiya və Türkiyə arasında audiovizual media sahəsində mübadilə proqramı həyata keçirilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Audiovizual Şurası, Serbiya Respublikasının Elektronik Media üzrə Tənzimləyici Qurumu (REM) və Türkiyə Respublikasının Radio və Televiziya Üst Qurumu (RTÜK) arasında üçtərəfli əməkdaşlıq çərçivəsində ilk təcrübə mübadiləsi proqramı həyata keçirilib.

Trend xəbər verir ki, 2025-ci il 23–27 iyun tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində reallaşdırılan proqramın əsas məqsədi audiovizual medianın tənzimlənməsi sahəsində əməkdaşlığın dərinləşdirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və qarşılıqlı öyrənmə mühitinin təşviq olunması olub.

Təcrübə proqramı çərçivəsində iştirakçılar audiovizual medianın monitorinqi, məzmunun təhlili, müvafiq qanunvericilik və hüquqi mexanizmlər, tənzimləyici prinsiplər və media siyasəti sahəsində fikir və təcrübə mübadiləsi aparmışlar. Azərbaycan və Türkiyədən olan nümayəndələr REM-in gündəlik fəaliyyəti ilə yanaşı, Serbiyanın bir neçə televiziya və radio kanallarının, ictimai yayımçının iş prosesi və Milli Teleqüllə kompleksi ilə yaxından tanış olublar.

Bu təcrübə proqramı üçtərəfli əməkdaşlığın və üçtərəfli təcrübə mübadiləsi proqramının ilk mərhələsini təşkil edir. Tərəflər qarşıdakı dövrdə analoji təcrübə mübadilələrinin davam etdirilməsini planlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti