...

Rimas Kurtinaytis xarici klubda işləmək imkanını istisna etmir

Cəmiyyət Materials 26 Dekabr 2005 16:20 (UTC +04:00)

"Əgər "Qala" klubu gələn il Avropa kuboklarında iştirak etməsə, mən xarici klublardan birinin təklifini qəbul edəcəm". Bu barədə Trend ə klubun və Azərbaycan yığmasının baş məşqçisi Rimas Kurtinaytis iş yerinin dəyişdirilməsi mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib.

O qeyd edib ki, hər şey gələn il məlum olacaq. "Mütəxəssisin eyni zamanda bir kluba və digər dövlətin yığmasına rəhbərlik edə bildiyi praktika mövcuddur. Məsələn, futbolda hollandiyalı Quus Hiddink həm "Eyndhoven"ə, həm də Avstraliyanın milli komandasına rəhbərlik edir", - deyə R.Kurtinaytis qeyd edib.

88-ci ilin Olimpiya çempionu, həmçinin, vurğulayıb ki, bir çox təkliflərə baxmayaraq, o, bu gün bütün diqqətini Azərbaycandakı işi üzərində cəmləyib.

Xəbər lenti

Xəbər lenti