Bosniyadan olan hakimlər briqadası Challenge Cup üçüncü raundunun ABU ilə İtaliyanın "RIAM Ascensori" klubu arasında yanvarın 7-də "ABU-Arena"da keçiriləcək ilk həndbol oyununda iştirak edəcək.
Milli Federasiyada Trend ə bildirilib ki, görüşün komissarı Rusiyadan Valeri Xudoyerko təyin edilib. Son üç mövsümdə meydan sahibləri iki dəfə qalib gəliblər, amma ötən il "Nyurnberq"ə məğlub olublar. Bu dəfə ölkə çempionlarının qarşısında yalnız bir vəzifə qoyulub: iki görüşün yekunlarına əsasən qalib gəlmək. Komandanın məşqçisi Rəfiqə Şabanova oyun ərəfəsində qeyd edib ki, yeganə problem Oksana Şevçikin travma almasıdır.
Rəqibə gəlincə, RIAM on bir oyunda on bir qələbə qazanaraq hazırda İtaliya çempionatının favoritidir.