...

Rövnəq Abdullayev AFFA prezidentliyinə namizədliyini irəli sürüb

İdman Materials 10 Fevral 2012 23:30 (UTC +04:00)
AFFA-nın prezidenti Rövnəq Abdullayev keçiriləcək seçkidə AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb
Rövnəq Abdullayev AFFA prezidentliyinə namizədliyini irəli sürüb

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir E.Mehdiyev/

AFFA-nın prezidenti Rövnəq Abdullayev keçiriləcək seçkidə AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 9-da AFFA-nın hesabat-seçki Konfransı keçiriləcək. Konfransda AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.

Qeyd edək ki, AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndinə əsasən, prezident öz namizədliyini irəli sürmək hüququna malikdir.

Xəbər lenti

Xəbər lenti