...

Kənd təsərrüfatının bütün sahələrinin rəqəmsallaşdırılmasını təmin etməliyik - Nazir

İqtisadiyyat Materials 6 May 2022 10:49 (UTC +04:00)
Kənd təsərrüfatının bütün sahələrinin rəqəmsallaşdırılmasını təmin etməliyik - Nazir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə bır sıra strategiyalar və yeni çağırışlara reaksiya proqramları üzrə səmərəli əməkdaşlıq edir.

Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov FAO-nun dəstəyi ilə nazirlik tərəfindən təşkil olunmuş kənd təsərrüfatının rəqəmsallaşdırılması üzrə beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı yüksək templə artır.

"Azərbaycan kənd təsərrüfatının rəqəmsallaşdırılması sahəsində uzun yol qət edib. Biz kənd təsərrüfatının bütün sahələrinin rəqəmsallaşdırılmasını təmin etməliyik. Bu, kənd təsərrüfatı sektorunu gələcək transformasiyaya uyğunlaşdırmağa kömək edəcək", - nazir deyib.

O əlavə edib ki, rəqəmsallaşma Azərbaycanın bütün bölgələrində aparılır.

"Azad edilmiş ərazilərdə də ən yeni texnologiyalar tətbiq olunur", - İ.Kərimov bildirib.

Bundan başqa, nazir Azərbaycanın nəqliyyat və logistika mərkəzinə çevrilmə yolunda uğurlarından danışıb.

"Bu gün, tədarük zəncirləri qırıldığı vaxtda bu, xüsusilə vacibdir. Azərbaycan bütün istiqamətlər üzrə körpüyə çevrilə bilər", - nazir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti