Bakı. Trend:
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan
rəhbəri Rəşad Cabirli Almaniyaya işgüzar səfəri zamanı bu ölkədə
olan yerli və türk iş adamları ilə görüşüb.
Trend-in məlumatına görə, R.Cabirli səfər zamanı MÜSİAD Hessen (Frankfurt) ofisini ziyarət edib. MÜSİAD Hessen rəhbəri Muhsin Kidik və Avropa üzrə Ticarətin və İxracatın inkişafı komissiyasının rəhbəri Musa Aydın ilə görüşü zamanı Azərbaycandakı münbit investisiya mühitini müzakirə edilib.
R.Cabirli qeyd edib ki , Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağın bərpasına başlayıb və bu ölkənin əsas proritetlərindən biridir.
MÜSİAD Hessen heyəti ilə görüş zamanı MÜSİAD Azərbaycan ilə ortaq layihələrin həyata keçirilməsi də müzakirə edilib.
R.Cabirli Almaniyaya səfəri zamanı eyni zamanda Köln şəhərində olub və MÜSİAD Köln ofisinin rəhbəri Bahattin Yılmaz və üzvləri ilə görüşüb.
Məlumat üçün bildirək ki , R.Cabirli bundan əvvəl Praqada 17-21 oktyabr tarixlərində keçirilən “Şərq Tərəfdaşlığı Biznes Forumu: Geoiqtisadi Çağırışlar və İmkanlar” adlı biznes forumda iştirak edib. Forum zamanı R.Cabirli müxtəlif iş adamları ilə görüşərək ortaq iş birliyi və Azərbaycanda yatırım imkanlarını müzakirə edib.