...

Bu il DGK vasitəsilə büdcəyə gələn vəsaitlərin həcmi açıqlanıb

İqtisadiyyat Materials 10 Avqust 2023 12:04 (UTC +04:00)
Bu il DGK vasitəsilə büdcəyə gələn vəsaitlərin həcmi açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 milyard 606,579 milyon manat təşkil edib.

DGK-dən Trend-ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 21,5 faiz artaraq 909,151 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 18,5 faiz artaraq 2 milyard 549,144 milyon manat, aksizlər üzrə daxilolmalar 42,7 faiz artaraq 121,83 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 24,2 faiz azalaraq 26,455 milyon manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti