...

AMB sukuk istiqrazlarının buraxılışı üçün qanunvericilik hazırlayır

İqtisadiyyat Materials 1 Noyabr 2024 12:38 (UTC +04:00)
AMB sukuk istiqrazlarının buraxılışı üçün qanunvericilik hazırlayır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı əsasən sukuk istiqrazlarının buraxılışı üzərində fokuslanıb və müvafiq qanunvericiliyin hazırlanmasına başlayıb, bunun üçün Dünya Bankı ilə əməkdaşlıq edir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uçot dərəcəsinin müzakirəsinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yerli banklardan biri İslam bankçılığı ilə bağlı Azərbaycan Mərkəzi Bankına müraciət edib.

“Biz, əsasən, sukuk istiqrazlarının buraxılışı üzərində çalışırıq və Dünya Bankı ilə birgə bu istiqamətdə müvafiq qanunvericiliyin hazırlanmasına başlamışıq. Bu məsələdə irəliləyişə nail olmaq banklar olmadan çətin olacaq, çünki onlar öz müştərilərini daha yaxşı tanıyır.

Hazırda fəaliyyətin test buraxılışı üçün bir bankla danışıqlar aparılır. İlk növbədə sukuklar buraxılması, daha sonra isə İslam bankçılığının tətbiqi planlaşdırılır. Düzü, bu layihənin həyata keçirilməsi üçün 3-5 il tələb olunacaq. Bizim əsas məqsədimiz maliyyə inklüzivliyini artırmaq və maliyyə xidmətlərinin əlçatanlığını təmin etməkdir”, — o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti