...

AMB notlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib

İqtisadiyyat Materials 6 Noyabr 2024 20:48 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2353024709 dövlət qeydiyyat nömrəli 2,000,000 manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Trend BFB-yə istinadən xəbər verir.

Məlumata görə, hərrac zamanı investorlar tərəfindən təklif olunan sifarişlər buraxılış şərtlərində Emitent tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından hərrac baş tutmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti