...

Bakı Metropoliteni tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2007 10:53 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Bakı Metropoliteni "Bakı Soveti" stansiyasında mərkəzləşdirilmiş rele-marşrut sisteminin yaradılması, "Bakı Soveti"-"Sahil"-"28 May" stansiyaları arasında avtoblokirovka və sürətin avtomatik tənzimlənməsi üçün tender elan edib. Bu barədə Bakı Metropoliteninin məlumatında göstərilib.

Tenderdə iştirak etmək üçün müvafiq sənədlər 22 oktyabrdan gec olmayaraq təqdim olunmalıdır. Tender təklifləri və bank zəmanəti isə, 30 oktyabr 2007-ci ilə qədər təqdim edilməlidir. Tender təkliflərinin açılışı oktyabrın 31-də olacaq.

Xəbər lenti

Xəbər lenti