...

Rusiya DİN Bakı-Tümen qatarındakı hadisədən sonra Şimali Qafqazdan keçən sərnişin qatarlarını müşayiət etmək qərarına gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2007 20:54 (UTC +04:00)
Rusiya DİN Bakı-Tümen qatarındakı hadisədən sonra Şimali Qafqazdan keçən sərnişin qatarlarını müşayiət etmək qərarına gəlib

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ Şimali Qafqaz və Volqasahili dairə üzrə daxili işlər idarəsi (Rusiya DİN) bu ərazidın keçən bütün sərnişin qatarlarını müşayiət etmək və Artezian (Kalmıkiya Respublikası) stansiyasına əlavə qüvvə yönəltmək barədə qərar qəbul edib. Bu barədə çərşənbə axşamı Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda göstərilib.

Ötən cümə günü axşam , üzərlərində odlu və soyuq silah olan təqribən 60-70 nəfər mülki geyimli şəxs Artezian stansiyasında Bakı- Tümen istiqamətində hərəkət edən qatara hücum ediblər. Nəticədə, qatarda olan 25 nəfər - sərnişin, Azərbaycan Dövlət Dəmir Yolunun əməkdaşları, nəqliyyat polisinin əməkdaşları zərər çəkiblər.

Məlumatda göstərilir ki, fakt üzrə Rusiya qanunverciliyinə əsasən (CM. 213-cü maddə - II hissə - Xuliqanlıq, 214-cü maddə - II hissə - "Vandalizm", 318-ci maddə - I hissə - "Hakimiyyət nümayəndəsinə müqavimət göstərmək" ), Rusiya Prokurorluğu yanında təhqiqat komitəsi tərəfindən cinayət işi qaldırılıb.

Azərbaycan hüquq- mühafizə orqanları Rusiyalı həmkarlarına cinayət işinin təhqiqatında yardım etmək təklif ediblər.

Hadisə ilə bağlı Azərbaycan Dövlət Dəmir Yolu da Rusiyadan keçən qatarlarda müvəqqəti olaraq təhlükəsizliyi gücləndirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti