...

2007-ci ildə Azərbaycan 137 ölkə ilə ticarət əməliyyatları həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2008 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 fevral / Trend / 2007-ci ildə Azərbaycan 137 ölkə ilə $11,8 mlrd. dəyərində ticarət əməliyyatları həyata keçirib, Dövlət Statistika Komitəsi xəbər verib.

Bu dövr ərzində xarici ticarət dövriyyəsi 1,5 dəfə artıraq $8,6 mlrd. təşkil edib. İxracın həcmi $6,1 mlrd. (51,5 faiz), idxal - $5,7 mlrd. (48,5 faiz) təşkil edib. $349,7 mln. dəyərində müsbət saldo yaranıb.

Ümumi idxal-ixrac həcmindən 28,5 faizi Avropa İttifaqı ölkələrinin, 25,5 faiz - MDB və 46 faiz - digər ölkələrin payına düşür. Bununla belə, ümumi dövriyyənin 47,7 faizi Avropanın, 44,6 faiz - Asiya, 7,7 faiz - Amerika, 0,2 faiz - Afrika qitəsi ölkələri və 0,1 faiz - Okeaniya ölkələrinin payına düşüb.

Ticarət əməliyyatlarının böyük hissəsi - 82,2 faizi İtaliya, Rusiya, İsrail, Türkiyə, Böyük Britaniya, Yaponiya, Fransa, Almaniya, İran, Gürcüstan, Ukrayna, Qazaxıstan, Çin, Hindistan, İndoneziya və ABŞ ilə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti