...

İlkin məlumatlar Azərbaycan regionlarında "afrika taunu"nun olmadığını göstərir - Dövlət Baytarlıq Xidməti

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2008 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral/ Trend , müxbir S.Babayeva/ Azərbaycanda "afrika taunu"ndan xəbərdarlıq edilməsi üzrə monitorinq zamanı ilkin müşahidələr regionlarda virusun olmadığını göstərir. Bu barədə cümə günü Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Baytarlıq Xidmətinin mətubat katibi Yolçu Xanvəli məlumat verib.

"Virus (afrika taunu) bir müddət əvvəl Qəbələ rayonunun Nic kəndində aşkara çıxarıldıqdan sonra biz ölkənin donuzçuluq təsərrüfatları olan bütün regionlarında monitorinq keçirmək qərarına gəldik" - o bildirib.

Onun sözlərinə görə, Mingəçevir, Xaçmaz, Qusar, Oğuz, Şəki, İsmayıllı, Qax, Şəmkir, Tovuz və Bakını əhatə edən monitorinq bu gün başa çatır. Fevralın 18-də başlayacaq laboratoriya araşdırlmaları üçün donuzlardan qan nümunələri götürülüb.

Azərbaycan ərazisində "afrika taunu"nun yaranması haqqında ilk fakt Nic kəndində qeydə alınıb. (Bakıdan 250 km məsafədə yerləşir). Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Baytarlıq Xidməti yanvarın 28-də "afrika taunu"nun aşkara çıxaması səbəbindən Nic kəndində bir aylıq karantin elan edib. Nicdə virusun yayılma arealının qarşısının alınması üçün 4 min başdan çox donuz məhv edilib.

Donuzların "afrika taunu" (Pestis africana suum) - retikul-edotelial sistemin yoluxması ilə xarakterizə edilən kəskin virus xəstəliyidir. Təbii yoluxma sağlam donuzların xəstə və virus daşıyıcları on heyvanlarla əlaqəsi zamanı baş verir. İnfeksiya yem, otlaq, nəqliyyat vasitəsilə yayıla bilər. İnkubasiya dövrü 2-5 gündür. Müalicə hələ ki, tapılmayıb. Xəstəlik çox sürətlə yayıla bilmək qabiliyyətinə malik olduğu üçün profilaktik tədbirlər xəstə olması güman edilən heyvanların ciddi izolyasiyasına yönəlib.

2007-ci ildə virus Gürcüstan və Ermənistanda aşkar edilib. Bu gün Gürcüstanda "afrika taunu" faktının olması səbəbindən Azərbaycanda bu ölkədən donuzların alınmasına ötən il iyunun 7-də qoyulan qadağa qüvvədədir. Münaqişəli münasibətlər səbəbəindən isə Ermənistanla heç bir iqtisadi əlaqə yoxdur.

Ölkədə donuzçuluq təsərrüfatları Zaqatala, Şəki, Balakən, Gəncə və Bakı ətrafında saxlanılır.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti