...

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 2011-ci il üçün fəaliyyət planının hazırlığına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2010 16:58 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin struktur bölmələri 2011-ci il üçün fəaliyyət planının hazırlığına başlayırlar.
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 2011-ci il üçün fəaliyyət planının hazırlığına başlayır

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir N.İsmayılova/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin struktur bölmələri 2011-ci il üçün fəaliyyət planının hazırlığına başlayırlar. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) cari ilin 9 ayı ərzində yekunlarına dair kollegiya iclasının məlumatında deyilir.

QKDK sədri Rüfət Aslanlının sözlərinə görə, hesabat dövrü həm dünya, həm də Azərbaycan iqtisadiyyatı üçün bir sıra xüsusiyyətlərlə yadda qalıb. "Dünyanın aparıcı iqtisadiyyatlarında böhrandan sonrakı bərpa proseslərində inkişaf etmiş ölkələrdə iqtisadi artımın fiskal konsolidasiya tədbirlərinin tətbiqi daha konservativ artım nümayiş etdirib", - Aslanlı bildirib.

Aslanlı ötən dövrün QKDK üçün faydalı olduğunu qeyd edib. QKDK-nın struktur bölmələrə potensialın genişləndirilməsi və fond bazarının inkişafı ili olacaq 2011-ci il üçün fəaliyyət planının hazırlığına başlamaq barədə tapşırıq verilib.

İclas zamanı qeyd edildiyinə görə, korporativ borc bazarının 2,5 dəfə artdığı, səhmlərin ilkin bazarında isə cari ilin əvvəlki rübləri ilə müqayisədə əhəmiyyətli canlanmanın müşahidə edildiyi qeyd olunub.

Hesabat dövrü ərzində "İnvestisiya Fondları haqqında" yeni qanun layihəsi, "Qiymətli kağızlar haqqında" vahid qanun layihəsi, eləcə də "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında" qanun layihəsi hazırlanaraq müvafiq təşkilatlara təqdim edilib.

Bununla yanaşı, qiymətli kağızlarla ticarət və post ticarət sisteminin elektron əlaqəsinin yaradılması üzrə işlər ümumilikdə yekunlaşdırılıb və bununla əlaqədaq müvafiq qanunvericiliyə dəyişikliklər edildikdən sonra sistemin tam istismara veriləcəyi nəzərdə tutulub.

Hesabat dövründə Dünya Bankı tərəfindən idarə edilən FIRST proqramı üzrə layihə çərçivəsində qiymətli kağızlar bazarının qiymətləndirilməsi işi yekunlaşdırılıb və bu sahədə ortamüddətli inkişaf strategiyasına dair strateji sənədin layihəsi hazırlanıb.

Aslanlı iclasın yekunları üzrə struktur bölmələrə növbəti dövr üçün konkret tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti