...

Azərbaycan-Türkiyə sığorta şirkəti 2010-cu ildə sığorta haqlarında 10 faizlik artım gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2010 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir A.Axundov/

"Başak-İnam Sığorta" Azərbaycan-Türkiyə sığorta şirkəti 2010-cu ilin sonunadək 2,6-2,7 milyon manat məbləğində sığorta haqqı yığmağı planlaşdırır. Bu barədə çərşənbə axşamı Trend-ə sığorta şirkətinin baş direktoru Orxan Həsənov bildirib.

Şirkət 2009-cu ildə 2,44 milyon manat sığorta haqqı yığıb, 1,12 milyon manat isə ödəyib.

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, yanvar-oktyabr aylarında şirkət 1,99 milyon manat sığorta haqqı yığıb, 1,35 milyon manat isə ödəyib.

"Əvvəlcə biz ilin sonunadək 2,8 milyon manat yığmağı planlaşdırmışdıq, lakin sonradan sığorta haqlarının yığımına yenidən baxıldı", - Həsənov bildirib.

Onun sözlərinə görə, 2011-ci ilin sonunadək sığorta haqlarının həcmi 4 milyon manat səviyyəsində planlaşdırılır.

"Biz potensialımızın artırılması üzərində çalışırıq və bu proqnozun yerinə yetirilməsini tamamilə mümkün hesab edirik", - Həsənov bildirib.

Onun sözlərinə görə, şirkətin doqquz ayın yekunları üzrə mənfəəti 100 min manat təşkil edib.

"İlin sonunadək 250-300 min manat mənfəət qazanmağı planlaşdırırıq", - Həsənov deyib.

"Başak-İnam Sığorta" 1996-cı ildə Türkiyənin "Başak" şirkətinin 49 faizlik iştirakı ilə yaradılıb. "Başak" müasir sığorta şirkətidir. Onun səhmdarları sırasına Fransanın "Groupama" investisiya şirkəti daxildir. 2006-cı ildə Türkiyənin "Başak" şirkətinin kapitalında 60 faizlik pay əldə etməklə şirkətin səhmdarı olub.

Noyabrın 23-nə olan rəsmi məzənnə 0,7999 AZN/USD təşkil edib.

Xəbər lenti

Xəbər lenti