...

2010-cu ildə Azərbaycanda tikinti materialları bazarı bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2011 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar/Trend, müxbir Ü.İsmayılova/

2010-cu il ərzində Bakıda tikinti materialları 2009-cu illə müqayisədə 36,6 faiz artıb. Bu barədə "Əmlak Bazarı iştirakçıları" İB-dən deyiblər.

"Bazarda orta qiymətlər əgər ilin I yarısında 14,4 faizə qədər artmışdırsa, bu göstərici ilin II yarısında 22,2 faiz səviyyəsinə qalxdı", - təşkilatdan bildiriblər.

2010-cu il ərzində İB monitorinq qrupu 38 adda 88 növdə materialın qiymət araşdırmasını aparıb.

Qiymət indeksi 2009-cu ilin orta qiymət göstəricisi olan 109,7 bəndinə qarşı, 2010-cu ildə 149,7 bəndinədək yüksələrək 156,1 səviyyəsində qərarlaşıb.

2010-cu il ərzində arаşdırılаn məhsullаr üzrə rеspublikаda istеhsаl оlunаn mаllаrın ümumi həcmdə pаyı orta göstərici ilə 76,5 faiz təşkil еdib. Bazarın araşdırmalarına əsasən, xaricdən gətirilən tikinti materiallarında orta qiymət artımı 16,7 faiz olduğu halda, ölkədaxili istehsal olan tikinti materiallarında bu rəqəm 19,9 faiz təşkil edib. İlboyu davamlı aparılan müşahidələr göstərdi ki, idxal məhsullarında olan qiymət artımı idxal ölkələrində baş verən proseslərlə (meşə yanğınları nəticəsində yaranan qıtlıq, vaqon qıtlığı, inflyasiya və s.) birbaşa əlaqəli olsa da, daxili istehsal məhsullarına qiymət artımının yüksək olması ölkədaxili inflyasiya və maya dəyərini təşkil edən xərc maddələrinin artması ilə bağlı olub.

Tikinti materialları bazarının aktivliyi 2009-cu il ilə müqayisədə 7,6 faiz aşağı olub və bu göstəricinin əksər hissəsi əsasən ilin II rübündə müşahidə edilib. Açıq bazarlarda satış obyektlərinin sayında 7,9 faiz artım olsa da, ilin sonuna doğru onların satış portfelində payları azalmış və bu azalma həm iştirakçıların saylarının azalması, həm də ümumən satış portfelinin özünün azalması ilə bağlı olub.

2010-cu ilin dekabrında tikinti materiallarının qiyməti 0,3 faiz, dördüncü rübün əvvəlinə 1,1 faiz, 2009-cu ilin dekabrna 23,4 faiz artıb.

Xəbər lenti

Xəbər lenti