...

Dünya Bankı Azərbaycan Mərkəzi Bankına bank sektorunun gələcək stabilliyinin güclənməsi üçün dəstək verməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2011 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi ölkənin bank sektorunda rəqabət qabiliyyətinin artmasına yol açır. Trend-in məlumatına görə, bu barədə Dünya Bankının (DB) Bakı nümayəndəliyinin rəhbəri Cozef Ouen bildirib.

"Bankın özəlləşdirilməsi çərçivəsində məsləhətçinin cəlb olunmasına dair tender elan edilib. Biz hesab edirik ki, bu proses beynəlxalq məsləhətçinin cəlb olunması ilə reallaşa bilər", - Ouen qeyd edib.

Onun sözlərinə görə, ölkənin Mərkəzi Bankı uzunmüddətli kreditin verilməsi və yenidən maliyyələşməni təmin edərək bank sektorunun stabilləşməsi üçün bütün vacib tədbirləri həyata keçirir.

DB Azərbaycan Mərkəzi Bankına bank sektorunun bundan sonrakı stabilliyinin güclənməsi üçün dəstək göstərməyə hazırdır.

2011-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycan banklarının ümumi aktivləri 13,29 milyard manat təşkil edib. Bu, 2010-cu il dekabrın əvvəlindəki göstəricidən 4,7 faiz, ötən ilin əvvəlində qeydə alınan göstəricidən isə 13,9 faiz çoxdur.

ABB ötən ili 5 527,92 milyon manat aktivlərlə başa vurub. Bu, 2009-cu ildəki göstəricidən 8,99 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti