...

Azərbaycanlı sahibkarlar Türkiyədə keçirilən beynəlxalq sərgidə iştirak edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2006 13:50 (UTC +04:00)

Mehmanxana və restoranlar üçün avadanlıqlar, türizm və səyahətlər üzrə beynəlxalq sərgidə iştirak etmək üçün Azərbaycanın 20 iş adamından ibarət nümayəndə heyəti fevraloın 23-dən 26-na kimi İstanbulda olacaq. Bu barədə Trend Sahibkarların (işəgötürənlərin ) Milli Konfederasiyasının press-relizinə istinadən məlumat yayıb.

Müxtəlif ölkələrin məhsulların nümayiş olunacağı sərgidə Avropa və Asiyadan olan nümayəndə heyətləri iştirak edəcəklər. Tədbir çərçivəsində azərbaycanloı biznesmenlər turizm sahəsində son yenilikləri müzaktirə etmək üçün bir sıra işgüzar görüşlər keçirməyi planlaşdırırlar.

Azərbaycanın nümayəndə heyətinin Türkiyəyə səfərində Konfederasiya təşkilatının əsas məqsədi ölkəyə xarici investisiyaların axınının sürətləndirilməsinə yardım etməkdir.

Xəbər lenti

Xəbər lenti