...

Hesablama Palatasının rəhbəri: "Çirkli" pulların yuyulması ilə mübarizə maliyyə nəzarəti orqanlarının fəaliyyətində prioritet məsələdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2006 19:46 (UTC +04:00)

"Çirkli" pulların yuyulması ilə mübarizə ali maliyyə nəzarəti orqanlarının fəaliyyətində prioritet məsələdir. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Hesablama Palatasının rəhbəri Namiq Nəsrullayev Qazaıxstanın Hesablama Komitəsi ilə əməkdaşlıq haqqında sazişin imzalanmasına həsr olunmuş brifinqdə bildirib.

"Bu, çox vacib məsələdir. Biz burada fəal iştirak etməliyik və öz mövqeyimizi müəyyənləşdirməyə çalışırıq. Çətinlik ondan ibarətdir ki, nə Azərbaycan, nə də Qazaxıstanda "çirkli" pulların yuyulması ilə bağlı müəyyən qanunlar yoxdur. Bu faktı nəzərə alaraq, problemi mövcud qanunlar çərçivəsində həll etmək qərara alınıb" - deyə N.Nəsrullayev vurğulayıb.

O.Oksikbayev deyib ki, bu məsələ Azərbaycan və Qazaxıstan kimi inkişaf edən ölkələr üçün aktualdır. "İnvestisiyaların şəffaflığının vactbliyini nəzərə alaraq, ali maliyyə nəzarəti orqanları öz sözünü deməlidir. Bizim kapitalın şəffaflığının təminatına dair müəyyən metodlar və yanaşmalarımız var" - deyə komitənin sədri qeyd edib.

Xəbər lenti

Xəbər lenti