...

FinA Bank nəzarəti sistemi Azərbaycanda çox uğurla tətbiq edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2006 17:00 (UTC +04:00)

Azərbaycan Milli Bankı (AMB) FinA İnternational (FinA) xarici bank nəzarət sistemini tam surətdə tətbiq edib. O, Azərbaycanın kommersiya banklarının maliyyə məlumatlarının təhlili və yığımı üzrə müasir informasiya texnologiyaları əsasında fəaliyyət göstərir. Bu barədə Trend AMB-nin baş direktoru Rüfət Aslanlıya istinadən xəbər verib.

Bəzi ölkələrdə analoji sistem quraşdırılıb. Gürcüstanda bu sistem çox uğurla tətbiq edilir, lakin Mərkəzi Asiya ölkələri müəyyən müddət bitdikdən sonra bu sistemdən imtina ediblər.

"Bu, sistemin qeyri-adekvat və mürəkkəb olduğundan xəbər vermir, sadəcə olaraq, müxtəlif Mərkəzi bankların strategiyaları informasiya texnologiyalarına görə fərqlənir", - deyə R.Aslanlı qeyd edib.

Gürcüstanın Mərkəzi bankı buna belə yanaşıb ki, onlar İT-departamentin potensialını artırır və belə sistemlərin dəstəklənməsi potensialına malik olur. Gürcü və Azərbaycan mütəxəssisləri çox dəyişikliklər ediblər.

"Komandamız FinA sisteminin ilkin quruluşunu 70% dəyişdirib və indi müəllif hüquqları 60-70% AMB mütəxəssislərinə malikdir. Sistemə qabaqcadan xəbərdarlıq alətləri, yeni vəziyyət modelləşdirməsi, stress-testlər əlavə edilib", - deyə baş direktor bildirib.

Bank sisteminin fəal surətdə inkişaf etdiyini nəzərə alaraq, FinA daim tamamlanır. Lakin statistika və ödəniş balansı üçün paralel olaraq əvvəlki sistemdən də istifadə olunur. Yeni sistemin əsas funksiyası bank nəzarəti üzrə əməkdaşların vaxtında düzgün maliyyə analizləri ilə təmin edilməsidir.

FinA sisteminin tətbiqi ABŞ-ın Beynəlxalq inkişaf üzrə agentliyi USAİD və Milli Bankın birgə fəaliyyəti nəticəsində həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti