...

DB Kürdəmir-Ucar avtomobil yolunun tikintisini maliyyələşdirməyə razı olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2006 15:11 (UTC +04:00)

Dünya bankı Kürdəmir-Ucar avtomobil yolunun maliyyələşdirilməsi üçün ikinci magistral yolunun yenidən qurulması layihəsindən vəsaitlərin bir hissəsindən istifadə olunmasına rəsmi razılıq verib. Nazirlər Kabinetindən Trend ə verilən məlumata görə, Azərbaycan höküməti bu ərazinin tikintisi üçün 70 mln. ABŞ dolları ayırmağı xahiş edib.

DB vəsaitləri iki tranşla ayırmağa razılaşıb. İlkin olaraq ikizolaqlı yolun tikintisi nəzərdə tutulub, belə ki, bu, artıq layihələndirilib, sonra isə daha iki zolağın tikintisi üçün texniki-iqtisadi əsaslandırma hazırlandıqca qalan vəsaitlər ayrılacaq. TİƏ-nin hazırlanması həmçinin işlərin ümumi dəyərini müəyyən etməyə imkan verəcək. Kürdəmir-Ucar avtomobil yolunun uzunluğu 46,2 km təşkil edir. Əvvəl ikizolaqlı yolun tikinti layihəsi 18,3 mln. ABŞ dolları həcmində qiymətləndirilirdi, lakin tikinti materiallarının qiyməti qalxdığından layihə bahalaşdı.

Küveyt iqtisadi inkişaf fondu layihədə iştirak etməkdən imtina etdikdən sonra Azərbaycan höküməti DB-yə yolun bu hissəsini maliyyələşdirməyi təklif edib. Kreditin ayrılması haqqında qərarın qəbul olunmasına baxmayaraq, şərtlər razılaşdırılmadığından, danışıqlar dayandırılıb.

Küveyt fondunun kreditinin məbləği 4,2 mln. Küveyt dinarı (təxminən 14,4 mln. ABŞ dolları) təşkil edib. Qalan hissənin maliyyələşdirilməsini ölkə höküməti öz üzərinə götürməli idi, indi isə DB-nin vəsaitləri hesabına bütün tikinti xərclərinin ödənilməsi planlaşdırılır.

Kürdəmir-Ucar yolunun TİƏ-si 1999-cu i ldə Küveyt fondunun qrant vəsaitləri hesabına hazırlanırdı.

Xəbər lenti

Xəbər lenti