...

Azərbaycan neftinin qiyməti: 28 yanvar – 1 fevral həftəsinin xülasəsi

Energetika Materials 4 Fevral 2008 20:09 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 28 yanvar – 1 fevral həftəsinin xülasəsi

Azərbaycan, Bakı / Trend , müxbir A. Bədəlova/ 28 yanvar - 1 fevral həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $92,73/barel təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,13/barel çoxdur.

28 yanvar - 1 fevral həftəsindəAZERI LT neftinin maksimal qiyməti $93,47/barel, minimal qiyməti isə $91,99/barel təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14 faizdir.

Bu həftə Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) növlü neftinin orta qiyməti $87,7/barel təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,74/barel çoxdur.

28 yanvar - 1 fevral həftəsində URALS neftinin maksimal qiyməti $88,46/barel, minimal qiymət isə $86,31/barel təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3 faizdir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası, müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq, dəyişir.

Qeyd olunan həftədə Brent Dated neftinin orta qiyməti $91,9/barel təşkil edib, ki, bu da ötən həftənin orta qiymətindən $3,59/barel çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $92,8/barel, minimal qiymət isə $90,97/barel təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti