...

Fevralın 15-də Bakının bəzi rayonlarına qaz məhdudiyyətlərlə veriləcək

Energetika Materials 14 Fevral 2008 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı,14 fevral / / "Əvəzedici" və "Cənub" qaz kəmərlərində təmir işləri nəticəsində, fevralın 15-də cümə günü saat 9:00-dan bu kəmərlərlə qaz verilməsi dayandırılacaq. Bu barədə "Azəriqaz" QSC -nin məlumatında deyilir.

Sabunçu, Suraxanı və Əzizbəyov rayonları ərazisində təmir işlərinə görə, qaz fasilələrlə veriləcək. Təmir işləri başa çatdıqdan sonra qazın verilməsi normal rejimdə bərpa ediləcək.

Xəbər lenti

Xəbər lenti