...

Azərbaycan neftin dövlət büdcəsində müəyyən edilən qiymətini artırır – maliyyə naziri

Energetika Materials 30 Aprel 2008 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycan hökuməti dünya bazarlarında neftin qiymətinin artım konyukturasını nəzərə alaraq gəlir və xərc maddələrinin formalaşdırılması üçün neftin dövlət büdcəsində müəyyən edilən qiymətlərinə yenidən baxmaq haqqında qərar qəbul edib. Bu barədə İqtisadi siyasət üzrə parlament komissiyasının iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifov məlumat verib.

Onun sözlərinə görə, 2008-ci il üçün büdcə proqnozlarına hazırkı düzəlişlər zamanı neftin 1 barelinə görə 70 dollar qiyməti istifadə edilir. Lakin bu gün dünya bazarlarında neftin qiyməti 1 barelə görə 100 dolları ötür. Bir müddət əvvəl bu il üçün təsdiqlənən dövlət büdcəsində neftin qiyməti 1 barelinə görə 50 dollar səviyyəsində müəyyən edilib.

Nazir bildirib ki, dövlət büdcəsində neftin qiymətinin artırılması Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə əlavə olaraq 2,7 mlrd. manat məbləğində ödəmələrin ölçüsünə yenidən baxmaq imkanı verib. Əvvəllər ARDNF-dan transfertlər 1,1 mlrd. manat məbləğində müəyyən edilmişdisə, düzəlişdən sonra bu 3,8 mlrd. manatadək artacaq.

Şərifov bildirib ki, dünya bazarlarında neftin qiymətinin artması Dövlət Neft Fondunun gəlirlərinin və müvafiq olaraq fonddan dövlət büdcəsinə edilən ödəmələrin artmasına səbəb olur. Bu ümumi büdcə profistinin 4 691 mln. manatadək artması ilə nəticələnəcək.

Xəbər lenti

Xəbər lenti