...

Azərbaycanda neft emalının həcmi artıb

Energetika Materials 10 Avqust 2010 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Yanvar-iyulda Azərbaycanın neft emalı zavodları tərəfindən 3,66 milyon ton neft emal edilib. Bu göstərici ötən ilin müvafiq dövründə 3,5 milyon ton olub. Bu barədə ARDNŞ-in çərşənbə axşamı yayılan məlumatında deyilir.

İyulda daha çox istehsal dizel yanacağının payına düşüb - təxminən, 1,41 milyon ton. Bu göstərici ötən ilin iyulunda 1,25 milyon ton olub.

Azərbaycanda illik gücü 20 milyon ton olan iki NEZ var. ARDNŞ öz vəsaiti hesabına dənizdə və quruda hasil edilən nefti NEZ-lərə tədarük edir.

Yanvar-iyulda Azərbaycanda neft məhsullarının istehsalı (min ton):

Neft məhsulları

Yanvar-iyul

2010-cu il

Yanvar-iyul

2009-cu il

Benzin - cəmi

818,87

822,79

avtomobil benzini

707,76

687,59

birbaşa emal edilmiş benzin

111,1

135,2

dizel yanacağı

1409,49

1253,01

peç mazutu

120,06

188

neft bitumu

122,52

134,62

neft koksu

257,93

37,87

sürtki yağı

39,15

16,01

sıxılmış qaz

120,11

83,8

mühərrik yağı DT

43,97

86,35

Cəmi

3664,09

3501

Xəbər lenti

Xəbər lenti