...

"Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi prosesini sürətləndirmək vacibdir - Amerikalı ekspert

Energetika Materials 3 Noyabr 2021 16:20 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi prosesini sürətləndirmək vacibdir - Amerikalı ekspert

Bakı. Xaqan İsayev - Trend:

"Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi prosesini sürətləndirmək vacibdir.

Bunu Trend-ə Mərkəzi Asiya məsələləri üzrə amerikalı ekspert Brüs Panyer deyib.

Onun sözlərinə görə, 2023-cü ilədək "Cənub Qaz Dəhlizi"nin hissəsi olan Trans-Anadolu qaz kəməri ilə (TANAP) qaz tədarükünün illik 23 milyard kubmetrədək çatdırılması planlaşdırılır: "Bundan başqa, 2026-cı ilədək bu göstəricinin ildə 31 milyard kubmetrədək çatdırılması nəzərdə tutulur. Amma bu prosesi sürətləndirmək lazımdır".

Ekspert, həmçinin qeyd edib ki, "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi məsələsi bu gün Avropada tədarük çatışmazlığı, eləcə də Rusiya qazından asılılığın artması ilə bağlı narahatlıq səbəbi ilə aktualdır: "Eyni zamanda, insanlar yüksək qaz qiymətləri ilə bağlı narahatdır. Məlum olduğu kimi, bir müddət qaz qiymətləri min kubmetr üçün 1000 avrodan çox idi, indi isə 800 avro ətrafındadır. Bunun uzun müddət davam edəcəyi ehtimal olunur. Qışda qiymətlər 400-500 dollar ola bilər, amma xatırlatmaq lazımdır ki, 2020-ci ildə qiymətlər daha aşağı idi. Cənub-Şərqi Avropada interkonnektorlar olmalı və Avropa ölkələrinə gedən boru kəmərlərinə qoşulmalıdır. "Cənub Qaz Dəhlizi"nin daha çox mənbəyə ehtiyacı var. Bu, Mərkəzi Asiyadan, xüsusilə də Türkmənistandan və Qazaxıstandan tədarüklər ola bilər".

Oksford Enerji Tədqiqatları İnstitutunun baş elmi işçisi Saymon Pirani Trend-ə bildirib ki, "Cənub Qaz Dəhlizi"nin genişlənməsi qeyri-adi amillərin yaranması təqdirində sürətlənə bilər.

Onun sözlərinə görə, bu "Cənub Qaz Dəhlizi" ilə Şərqi Aralıq dənizi regionundan, eləcə də Türkmənistandan böyük həcmdə qaz nəql olunacağı təqdirində mümkündür.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti