Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ "BP" şirkəti bu həftə təqdim etdiyi dünya energetikasının icmalında 2006-cı lin sonuna Azərbaycanda təsdiq olunmuş təbii qaz ehtiyatlarının 1,35 trln. kubmetr hesablandığını göstərib ki, bu da dünya hasilat ehtiyatlarının 0,7 faizini təşkil edir.
"BP" Azərbaycanda ən iri layihələrdən olan "Şahdəniz" yatağının işlənilməsi üzrə operatordur.
Hesabatda göstərilib ki, 2006-cı ildə Azərbaycanda qaz hasilatı 2005-ci illə müqayisədə 18 faiz çox, 6,3 mlrd. kubmetr təşkil edib. 10 il ərzində Azərbaycanda qaz hasilatı illik 400 mln. kubmetr artıb.
2006-cı ildə Azərbaycanda qaz istehlakı 9,6 mlrd. kubmetr təşkil edib ki, bu da 2005-ci il göstəricisindən 8,1 faiz çoxdur. 2006-cı ildəki qaz istehlakı 1996-cı illə müqayisədə 3,7 mlrd. kubmetr çoxdur.
2006-cı ildə Azərbaycan qaza olan təlabatla öz hasilatı arasındakı fərqi Rusiyadan idxal etdiyi qazın hesabına aradan qaldıra bilib. 2007-ci il yanvarın 1-dən isə ölkə qaz idxalından imtina edib.