Bakı. Trend:
Azərbaycanın institusional investorlarının Qazaxıstanın maliyyə alətlərinə marağı artmaqdadır.
Bunu Trend-ə müsahibəsində Qazaxıstan ın Fond Birjasının (KASE) idarə heyətinin sədr müavini Yermek Majekenov bildirib.
"Maraq tədricən artır, Azərbaycan institusional investorları artıq qazaxıstanlı kvazi-dövlət emitentlərinin avrobondlarını və KASE indeksini yaxından izləyirlər. Eyni zamanda, pərakəndə investorlar hələ ki, nəzərdən keçirirlər, bunun əsas səbəbi isə tənzimləmədəki fərqlər və Qazaxıstan şirkətlərinin Azərbaycan brokerləri tərəfindən analitik əhatə dairəsinin olmamasıdır",- deyə o bildirib.
Bakı Fond Birjası ilə birgə KASE korporativ istiqraz və səhmlərin pilot kros-listinq imkanlarını araşdırır.
“Lakin istənilən növbəti addımlar emitentlər tərəfindən olan tələbdən və tənzimləyici orqan tərəfindən təsdiq edilmiş daxilolma prosedurlarından asılı olacaq. Bu addım həmçinin Qazaxıstan emitentlərinin Azərbaycan broker şirkətləri üçün nəzərəçarpanlığını artıracaq”, – deyə Majekenov əlavə edib.