...

Bakı və Sumqayıtın poçt bölmələri AzDatacom magistral şəbəkəsinə qoşulacaq

Telekommunikasiya Materials 25 Fevral 2008 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral/ Trend , müxbir S.Babayeva/ Bakı və Sumqayıtın poçt bölmələri mərhələ-mərhələ milli informasiyasının ötürülməsi magistral şəbəkəsinə - AzDatacom-a qoşulacaq. Bu barədə bazar ertəsi DM-dən məlumat veriblər.

"AzDatacom-a qoşulmağın üstünlüyü Azerpocht DM şəbəkəsi üzrə məlumatların sürətli ötürülməsidir" - Dövlət Müəssisəsindən bildiriblər.

AzDatacom şəbəkəsinə Bakı və Sumqayıtın artıq 70 poçt bölməsi qoşulub. İlin sonunadək şəbəkəyə ümumilikdə 116 poçt bölməsi, 45 poçt agentliyi və 6 poçt filialı qoşulacaq.

Növbəti mərhələdə bu işlər Azərbaycanın regionlarında keçiriləcək.

AzDatacom magistlar şəbəkəsinin Bakı halqasının (Abşeron rayonu daxil olmaqla) buraxılış gücü 10 Gb/s-dir.

Yaxın vaxtlarda şəbəkənin buraxılış gücü 1 Gb/s olan regional halqası istismara veriləcək. Gələcəkdə bu kanalın buraxılış gücü 10 Gb/s-dək artırılacaq.

AzDatacom layihəsi "Milli Elektron İdarəetmə Təşəbbüsü" texniki yardım proqramı tərəfindən reallaşdırılır. Proqram Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT İnkişaf Proqramı ilə birgə reallaşdırılır və Azərbaycanda 2004-2008-ci illər üçün rabitə və informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramına ("Elektron Azərbaycan") daxildir.

Xəbər lenti

Xəbər lenti