...

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ POÇT RABİTƏSİNƏ TEXNİKİ YARDIM LAYİHƏSİ HƏYATA KEÇİRİLƏCƏK

Telekommunikasiya Materials 11 Avqust 2005 13:24 (UTC +04:00)

Cari ildə NMR-in poçt rabitəsinə texniki yardım üzrə layihə həyata keçiriləcək. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyininin poçt şöbəsinin müdiri Novruz Məmmədovun Trend ə bildirdiyinə görə, layihə Nazirlik və Ümumdünya Poçt İttifaqı (ÜPİ) ilə birlikdə hazırlanıb.

Layihədə poçt daşımalarında istifadə etmək üçün 10 kompüter və 2 avtomaşının alınması nəzərdə tutulur. Layihənin ümumi dəyəri 30 min dollardır və ÜPİ tərəfindən maliyyələşdiriləcək.

"Belə layihənin hazırlanmasına dair qərar ÜPİ-nin regional müşavirinin Azərbaycana sonuncu səfəri zamanı regionda, xüsusilə NMR-də poçt müəssisələrinə baxışın keçirilməsindən sonra qəbul edilib", - deyə N.Məmmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti