...

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində futurologiyanın inkişafı perspektivləri müzakirə olunub

Telekommunikasiya Materials 5 Oktyabr 2006 20:20 (UTC +04:00)

Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (ARİTN) futurologiyanın ölkədə inkişafı perspektivləri müzakirə olunub. Trend in xəbər verdiyi kimi, ARİTN başçısı Əli Abbasov bildirib ki, Azərbaycan gələcəyinin öyrənilməsi üzrə İctimai Mərkəz çərçivəsində Yüzilliyin layihəsi üzrə BMT institutunun Azərbaycanda nümayəndəliyinin açılması barədə qərar qəbul olunub.

Amerika Şurasının Yüzilliyin layihəsi özündə futuroloqları, alimləri, beynəlxalq təşkilatlara işləyən biznes strateqləri, hökumətləri, korporasiyaları, QHT və universitetləri birləşdirir.

Futuroloq alimlərin, biznes strukturların və ARİTN nümayəndələrinin iştirakı ilə bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti