...

İran HDQ 13 Somali piratını saxlayıb

Dünya xəbərləri Materials 3 Aprel 2012 13:28 (UTC +04:00)
İranın Hərbi Dəniz Qüvvələri ölkə sahillərindən 3 min kilometr məsafədə yerləşən neytral sularda 13 Somali piratını saxlayıb.
İran HDQ 13 Somali piratını saxlayıb

Azərbaycan, Bakı, 3 aprel / Trend, müxbir E.Tariverdiyeva, D.Xatınoğlu/

İranın Hərbi Dəniz Qüvvələri ölkə sahillərindən 3 min kilometr məsafədə yerləşən neytral sularda 13 Somali piratını saxlayıb. Bu barədə çərşənbə axşamı İran HDQ-nin komandanı, kontr-admiral Həbibulla Sayeari məlumat verib. Bu barədə Trend Fars agentliyinə istinadən yazır.

Piratlar martın sonlarında İran tankerini ələ keçirmək üçün göstərdikləri uğursuz cəhddən sonra həbs ediliblər. Tankeri ələ keçirməyə onlara neytral sularda keşik çəkən İranın hərbi gəmisi mane olub.

Sayeari əlavə edib ki, ələ keçirilən piratlar İrana göndəriliblər.

Xatırladaq ki, martın 22-də Somali piratları Ərəbistan dənizində İranın neftlə yüklənmiş və Hark adasına yollanan "Hengam" tankerinə hücum ediblər. Lakin piratların bəxti gətriməyib. Belə ki, İranın patrul gəmisi tankerin köməyinə gəlib.

Xəbər lenti

Xəbər lenti