...

Stadion tikintisində oğurluğa görə sabiq nazir həbs edildi

Dünya xəbərləri Materials 6 İyun 2017 18:14 (UTC +04:00)
Braziliyanın keçmiş turizm naziri Enrike Eduardu Alves Natal şəhərində futbol stadionunun tikintisi zamanı oğurluq faktı ilə bağlı həbs olunub.
Stadion tikintisində oğurluğa görə sabiq nazir həbs edildi

Bakı. Trend:

Braziliyanın keçmiş turizm naziri Enrike Eduardu Alves Natal şəhərində futbol stadionunun tikintisi zamanı oğurluq faktı ilə bağlı həbs olunub.

Trend-in məlumatına görə, keçmiş nazir korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunur.

Məlumatda qeyd olunur ki, 2014-cü ildə keçirilmiş futbol üzrə dünya çempionatı üçün nəzərdə tutulan “Arena-das-Dunas” stadionunun tikinti dəyərinə əlavə olaraq 23 milyon dollardan çox məbləğ artırılıb.

Bu məbləğin böyük hissəsinin tikinti şirkətlərinə yardım edən məmurlara ödənildiyi bildirilib.

Xəbər lenti

Xəbər lenti